• 14.02.2026 » 10:39

KİV: "Rusiya və Ukrayna atəşkəs üçün müəyyən razılığa gəliblər"

KİV: "Rusiya və Ukrayna atəşkəs üçün müəyyən razılığa gəliblər" © sabirabadxeber.az
Şrift ölçüsü:

"Rusiya və Ukrayna nümayəndələri Əbu-Dabidə keçirilən danışıqlar zamanı atəşkəsin əldə olunması istiqamətində müəyyən razılığa gəliblər".

"Sabirabadxəbər.az" xəbər verir ki, bu barədə "Politico" nəşri özəl mənbələrinə istinadən məlumat yayıb.

"Tərəflər atəşkəsin əldə olunandan və döyüş əməliyyatları dayandırıldıqdan sonra demilitarizasiya ərazisi (bufer zona - red.) barədə ümumi razılığa gəliblər. Bununla belə, iki əsas mübahisəli məsələ həll olunmamış qalır: Qərb qoşunlarının Ukrayna ərazisində mövcudluğu və Ukraynanın sərhədləri" - deyə, adı açıqlanmayan avropalı məmur nəşrə bildirib.

Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna arasında danışıqların növbəti mərhələsinin Cenevrədə keçiriləcəyi gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva