Şrift ölçüsü:
Çap et
Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin baş məsləhətçisi Nuruş Həsənliyə töhmət verilib.
"Sabirabadxəbər.az" xəbər verir ki, Nuruş Həsənli barədə tədbir görülməsi vətəndaşların şikayəti əsasında baş tutub.
Məlumatda iddia edilir ki, bir neçə vətəndaş müxtəlif dövlət qurumlarına, o cümlədə Kənd Təsərrüfatı Nazirliyinə Nuruş Həsənli barəsində şikayət edib. Həmin şikayətlər araşdırıldıqdan sonra baş məsələhətçi barədə nüvafiq tədbir görülüb.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən vətəndaşlardan birinə ünvanlanan cavab məktubunda qeyd edilib. Nazirliyin məktubunda yazılıb ki, vəzifə səlahiyyətlərinin icrası zamanı yol verdiyi nöqsanlarla bağlı Nuruş Həsənli barəsində qanunvericliyin tələblərinə uyğun olaraq müvqafiq tədbirlər görülüb.
Kopyalandı



