• 09.02.2026 » 15:39

Kamran Əliyev Türkiyəyə getdi

Kamran Əliyev Türkiyəyə getdi © sabirabadxeber.az
Şrift ölçüsü:

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İstanbul şəhərinin Baş prokuroru Akın Gürlekin dəvəti ilə fevralın 9-da Türkiyəyə işgüzar səfərə gedib.

"Sabirabadxəbər.az" xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti İstanbulun Sarıyer bölgəsində yerləşən Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkı ziyarət edib, Ulu Öndərin burada ucaldılan abidəsi önünə əklil qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.

Baş prokuror Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün bu ərazidəki büstünü də ziyarət edərək, önünə gül dəstələri qoyub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva