• 07.02.2026 » 23:14

Qardaş ölkədə məsciddə partlayış törədənlər saxlanıldı

Qardaş ölkədə məsciddə partlayış törədənlər saxlanıldı © sabirabadxeber.az
Şrift ölçüsü:

Pakistanın təhlükəsizlik qüvvələri İslamabadda məscidin yaxınlığında 30-dan çox insanın ölümünə səbəb olan terror aktının təşkilatçısı və digər üç nəfər saxlanılıb.

"Sabirabadxəbər.az" xəbər verir ki, bu barədə "Nyus" qəzeti məlumat yayıb.

Nəşr qeyd edib ki, terrorçuların ələ keçirilməsi əməliyyatı ölkənin şimal-qərbində yerləşən Xayber Paxtunxva əyalətində həyata keçirilib. Məlum olub ki, təşkilatçı İŞİD terror təşkilatı ilə əlaqəli olub və Əfqanıstanda təlim keçib.

Silahlıların saxlanılması zamanı bir təhlükəsizlik işçisi həlak olub, üç nəfər yaralanıb.

Qeyd edək ki, Pakistanın paytaxtı İslamabad şəhərindəki məsciddə güclü partlayış baş verib. Hadisə nəticəsində 31 nəfər həlak olub, 169 nəfər yaralanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva