• 07.02.2026 » 22:27

Yunanıstanda iğtişaşlar olub - 309 nəfər saxlanıldı

Yunanıstanda iğtişaşlar olub - 309 nəfər saxlanıldı © sabirabadxeber.az
Şrift ölçüsü:

Yunanıstanın ikinci ən böyük şəhəri Salonikidə Aristotel Universiteti yaxınlığında baş verən iğtişaşlardan sonra 309 nəfər saxlanılıb.

"Sabirabadxəbər.az" "Greek Reporter" qəzetinə istinadən xəbər verir ki, "Molotov" kokteylindən istifadə nəticəsində bir polis məmuru yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İğtişaşçılar park edilmiş bir neçə avtomobilə zərər vurublar, onlardan biri tamamilə yanıb. Onlar həmçinin küçəni yanan zibil qutularından ibarət barrikada ilə bağlayıblar.

Yunanıstan mediası iğtişaşların səbəbini açıqlamayıb və saxlanılanlardan heç birinin həbsi barədə məlumatın olmadığını qeyd edib. Lakin qəzet yazır ki, bir qrup şəxs universitet kampusundan çıxaraq polisə "Molotov" kokteyli atmağa başlayıb, polis isə daha sonra göz yaşartıcı qazdan istifadə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva