• 07.02.2026 » 16:02

Onun sui-qəsdini biz təşkil etmişik - Netanyahudan etiraf

Onun sui-qəsdini biz təşkil etmişik - Netanyahudan etiraf © sabirabadxeber.az
Şrift ölçüsü:

İsrailin Baş naziri Netanyahu 2017-ci ildə Qəzza zolağında öldürülən Əl-Qəssam Briqadalarının komandiri Mazen Fukahanın sui-qəsdində İsrailin məsuliyyət daşıdığını etiraf edib.

"Sabirabadxəbər.az" xəbər verir ki,  bu barədə "I24" məlumat yayıb. 

Baş nazirin etirafı İsrail hökuməti tərəfindən dərc olunan sənədlərdə yayımlanıb. 

Xatırladaq ki, Qəzzadakı Daxili İşlər Nazirliyi 24 mart 2017-ci ildə Fukahanın İsrail agentləri tərəfindən öldürüldüyünü açıqlasa da, İsrail heç vaxt sui-qəsdə görə məsuliyyəti öz üzərinə götürməyib.

Fukaha İsrail həbsxanalarında uzun müddət qaldıqdan sonra 2011-ci ildə məhbus mübadiləsi çərçivəsində azadlığa buraxılmışdı. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva