• 07.02.2026 » 15:00

Ermənilər Azərbaycanla sərhəddəki bu 2 kəndi boşaltdı

Ermənilər Azərbaycanla sərhəddəki bu 2 kəndi boşaltdı © sabirabadxeber.az
Şrift ölçüsü:

Ermənilər Göyçə mahalının Basarkeçər rayonu ərazisində, Azərbaycanla sərhəddə yerləşən Yuxarı Şorca və Aşağı Şorca kəndlərini boşaldıblar.

"Sabirabadxəbər.az"  “Hraparak”a istinadən xəbər verir.

Nəşrə danışan kənd sakinləri bildiriblər ki, kəndin bir hissəsi ümumiyyətlə köçüb gedib, digərləri isə qış aylarına görə Basarkeçərə yerləşiblər. Kənd icmasının rəhbəri ümid etdiyini bildirib ki, yaz aylarında, əkin zamanı onlardan bəziləri əkin-biçin niyyəti ilə müvəqqəti olaraq qayıdacaq.

Sakinlərin köçməsinə səbəb qış aylarında kəndə gediş-gəlişin kəsilməsi, yolların qar altında qalması və kənddə şəraitin olmamasıdır

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva