• 03.02.2026 » 21:28

Qazax rayon İcra başçısı xəstəxanada müalicə olunan şəhid atasını ziyarət edib

Qazax rayon İcra başçısı xəstəxanada müalicə olunan şəhid atasını ziyarət edib © sabirabadxeber.az
Şrift ölçüsü:

Fevralın 3-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Afiq Fərruxovla birlikdə “Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in Müalicə Diaqnostika Mərkəzində olub, hemodializ şöbəsində müalicə alan Vətən müharibəsi şəhidi gizir İlkin Şükürovun atası Aslan Şükürovu ziyarət edib. Rayon rəhbəri xəstəxanada müalicə olunan şəhid atasının səhhəti ilə maraqlanıb.

Şəhid atasını daim diqqətdə saxlayan icra başçısı Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycanın adını bütün dünyaya tanıdan İlkin Şükürov kimi oğullarımızla hər birimizin fəxr etdiyini qeyd edib. Ölkə Prezidentinin də vurğuladığı kimi, şəhid ailələrinə, hərbçilərimizə, əsgərlərimizə, sağlamlığını itirən qazilərimizə, onların ailə üzvlərinə diqqət və qayğı göstərməyin hər bir dövlət məmurunun, eləcə də hər bir vətəndaşın borcu olduğunu qeyd edərək göstərilən qayğının bundan sonra da davam etdiriləcəyini bildirib. “Bu gün özümə borc bildim ki, sizi ziyarət edim, hər zaman olduğu kimi, bu gün də şəhid ailəsinin mənim üçün nə qədər əziz və doğma olduğunu bir daha hiss edəsiniz”, - söyləyən rayon rəhbəri şəhid atasına Allahdan şəfa diləyib, ünvanıına səmimi ürək sözlərini səsləndirib


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva