• 02.11.2026 » 14:40

Müştəri 11 qəpiyə görə şikayət etdi - “Megastore” 4000 manat cərimələndi

Müştəri 11 qəpiyə görə şikayət etdi - “Megastore” 4000 manat cərimələndi © sabirabadxeber.az
Şrift ölçüsü:

Megastore" mağazalar şəbəkəsi inzibati qaydada cərimə olunub.

"Sabirabadxəbər" xəbər verir ki, buna vətəndaş şikayəti səbəb olub.

Belə ki, İlkin Tağıyev adlı vətəndaş Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə "Megastore"da 1 litrlik "Sirab" adlı qazsız suyun qiymət kağızında qiymətinin 0.89 manat göstərildiyi halda kassada 1 AZN-ə satıldığını bildirib.

Araşdırmalarla fakt təsdiqini tapıb və "Megastore" barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.1 maddəsi ilə protokol tərtib edilib. Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, şirkət 4000 manat cərimələnib.

Şirkət qərarda apellyasiya şikayət versə də, bu, təmin olunmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva