• 15.10.2026 » 12:08

Sabirabad Gənclər Evinin əməkdaşı milli-mənəvi dəyərlərə həsr olunmuş konfransda iştirak edib

Sabirabad Gənclər Evinin əməkdaşı milli-mənəvi dəyərlərə həsr olunmuş konfransda iştirak edib © sabirabadxeber.az
Şrift ölçüsü:
Sabirabad Gənclər Evi sosial xidmət müəssisələrinin əməkdaşı "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda konfransda iştirak edib.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Bakı şəhərində keçirilən konfransda gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi və müasir informasiya mühitində milli dəyərlərin qorunması məsələləri müzakirə olunub.
Konfrans çərçivəsində dövlət siyasəti və ictimai məsuliyyət, ailə, təhsil və cəmiyyətin gənclərin formalaşmasındakı rolu, eləcə də rəqəmsal savadlılıq mövzularında panel müzakirələri aparılıb.
Qeyd edək ki, konfransda regionlarda fəaliyyət göstərən Gənclər evlərinin və regional idarələrin əməkdaşları da iştirak ediblər. Tədbirdə Sabirabad Gənclər Evini əməkdaşımız Gülgün Hüseynova təmsil edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva