• Dünən, 14:40

Bakıda “manatlıq taksi”lərə qadağa qoyuldu

Bakıda “manatlıq taksi”lərə qadağa qoyuldu © sabirabadxeber.az
Şrift ölçüsü:

Paytaxtın Moskva prospekti və metronun 20 Yanvar stansiyası yaxınlığında cəmləşən və “manatlıq taksi” kimi tanınan xidmətlə məşğul olan avtomobillərin fəaliyyətinə qadağa qoyulub.

"Sabirabadxəbər" APA TV-yə istinadən xəbər verir ki, qadağa səbəbindən Ceyranbatan, Sumqayıt, Saray, Xırdalan və Masazır istiqamətində yaşayanlar ciddi nəqliyyat problemi ilə üzləşiblər.

Vətəndaşlar bildiriblər ki, pik saatlarda avtobusların sayı və hərəkət intervalı da tələbatı qarşılamır. Nəticədə insanlar işə və evə getmək üçün saatlarla yolda qalırlar.

“20 Yanvardan Xırdalana, Masazıra gedən taksilərin hamısını yığışdırıblar. Gördüyünüz kimi, heç bir avtobusa da minmək olmur".

Mütəxəssislər bildirir ki, sözügedən istiqamətdə digər nəqliyyat növlərinin sərnişindaşımaya daha çox cəlb edilməsi zəruridir.

Nəqliyyat eksperti Rauf Ağamirzəyevin sözlərinə görə, Sumqayıt və Xırdalan Bakı aqlomerasiyasına daxil olan ən böyük yaşayış məntəqələrindəndir və bu ərazilərdə sərnişindaşımada yalnız avtobuslara güvənmək doğru deyil.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva