• Bu gün, 16:36

Beyləqanda ehsan süfrəsi açıldı - FOTOLAR

Beyləqanda ehsan süfrəsi açıldı - FOTOLAR © sabirabadxeber.az
Şrift ölçüsü:

Bu gün Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 sentyabr – Anım günü ilə əlaqədar ehsan süfrəsi açılıb.

“Qafqazinfo” xəbər verir ki, mərasimdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri, şəhid ailələrinin üzvləri, qazilər, ağsaqqallar, din xadimləri və rayon ictimaiyyətinin nümayəndələri olmaqla, ümumilikdə 500-dək şəxs iştirak edib.

Əvvəlcə Cərciz Peyğəmbər Ziyarətgahında yerləşən Şəhidlər Xiyabanında şəhidlərin məzarları hamılıqla ziyarət olunub.

Şəhidlərin müqəddəs ruhuna ehtiram əlaməti olaraq təşkil olunan ehsan süfrəsində rəsmi hissə çərçivəsində çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 27 Sentyabr – Anım Gününün xalqımızın milli yaddaşında xüsusi yer tutduğunu bildirib. O qeyd edib ki, Vətən müharibəsinin ilk günlərindən etibarən Azərbaycan xalqı və Ordusu nümayiş etdirdiyi həmrəylik, birlik və əzmkarlıqla tarixi Zəfərə doğru inamla irəliləyib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 gün ərzində göstərdiyi qəhrəmanlığın tariximizin ən şanlı səhifələrindən birini təşkil etdiyini vurğulayan Əziz Əzizov Qələbənin şəhidlərimizin canı, qazilərimizin fədakarlığı və hərbçilərimizin şücaəti hesabına əldə olunduğunu bildirib.

RİH başçısı şəhidlərin əziz xatirəsinin daim ehtiramla yad edildiyini, şəhid ailələri və qazilərin dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən tədbirlərin şəhid ailələri və müharibə iştirakçılarına göstərilən yüksək dövlət qayğısının bariz nümunəsi olduğunu qeyd edib.

YAP Beyləqan rayon təşkikatının sədri Müşfiq Səfərov, Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, şəhid ailələri adından şəhid Xasayev Elməddin Qoçu oğlunun anası Minarə xanım Quliyeva, şəhid Fərid Nağıyevin atası Təyyar Nağıyev, şəhid Mahid Dadaşzadənin atası Qərib Dadaşzadə, həmçinin Vətən müharibəsi əlili Orxan Həsənli də çıxış ediblər. Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasından bəhs olunub, şəhidlərin və qazilərin bu Qələbədəki böyük xidmətləri vurğulanıb. Şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısına görə minnətdarlıq ifadə olunub.

Sonda Vətənimizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin müqəddəs ruhuna Qurani-Kərimdən ayələr və dualar oxunub, mərasim iştirakçıları üçün ehsan süfrəsi açılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva