• Bu gün, 10:47

600-dən yüksək bal toplayanların NƏZƏRİNƏ!

600-dən yüksək bal toplayanların NƏZƏRİNƏ! © sabirabadxeber.az
Şrift ölçüsü:

Dövlət İmtahan Mərkəzi (DİM) qəbul imtahanlarında 600 və daha yüksək bal toplayan gəncləri “Bilik yarışının öncülləri” internet layihəsində iştirak etməyə dəvət edir.

DİM-dən "Sabirabadxəbər"ə bildirilib ki, təhsil sahəsində qabaqcıl təcrübənin öyrənilməsi, təhlili və təbliği məqsədilə həyata keçirilən layihə 2016-cı ildən icra olunur. Layihə çərçivəsində 600 və daha yüksək bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olan gənclərin təcrübəsi öyrənilir və ictimaiyyətə təqdim edilir.

Layihənin əsas məqsədi yüksək bal toplayan gənclərin təcrübəsini gələcək abituriyentlərə nümunə kimi təqdim etməkdir.

Qəbul imtahanlarında 600 və daha çox bal toplayan gənclər layihədə iştirak etmək üçün şəxsi kabinetlərinin istifadəçi adı və iş nömrəsindən istifadə etməklə “Abituriyent” saytında təqdim olunan anket-sorğunu doldurmalıdırlar. Anket-sorğu yalnız bir dəfə və bütün bəndlər üzrə doldurulmalıdır. Saytda yalnız anket-sorğunu dolduran və “Anket suallarına cavablarınızdan nümunələrin və şəklinizin www.abiturient.az saytında təqdim olunmasına razısınızmı?” sualına “Bəli” cavabını verən gənclər haqqında məlumat yerləşdiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva