• 17.09.2026 » 13:17

DİN-ə yeni vəzifə həvalə olundu

DİN-ə yeni vəzifə həvalə olundu © sabirabadxeber.az
Şrift ölçüsü:

Nazirlər Kabineti “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının sağlamlığının mühafizəsi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi” haqqında qərar verib.

"Sabirabadxəbər"in xəbərinə görə, qərara əsasən, Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarına (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla) və onların ailə üzvlərinə tibbi xidmətin göstərilməsi, o cümlədən xəstəliklərin profilaktikası, ilkin tibbi-sanitariya yardımı, təcili və təxirəsalınmaz tibbi yardım, ambulator-poliklinik və stasionar tibbi yardım, onların tibbi reabilitasiyası və sağlamlaşdırılmasının təmin edilməsi Daxili İşlər Nazirliyi tərəfindən həyata keçiriləcək.

Maliyyə Nazirliyi bu Qərarın icrası ilə əlaqədar müvafiq vəsaitlərin hər il növbəti ilin dövlət büdcəsi layihəsinin tərtibi zamanı Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə razılaşdırılmış təklifləri əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin saxlanılması xərclərinin tərkibində nəzərdə tutulmasını təmin etməli və bu Qərardan irəli gələn digər məsələləri həll etməlidir.

Bu Qərar 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva