• 14.09.2026 » 10:32

Vəkilliyə qəbulla bağlı test imtahanına elektron müraciət başladı

Vəkilliyə qəbulla bağlı test imtahanına elektron müraciət başladı © sabirabadxeber.az
Şrift ölçüsü:

Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının növbəti test mərhələsində iştirak etmək üçün elektron sənəd qəbulu başlayıb.

Bu barədə "Sabirabadxəbər"ə Vəkillər Kollegiyasından məlumat verilib.

Bildirilib ki, növbəti test mərhələsində iştirak üçün bütün müraciətlər yalnız elektron formada qəbul olunur.

Qaydalara əsasən elektron müraciət etmək istəyən namizədlər VK-nin rəsmi internet səhifəsindəki "Vəkilliyə qəbul" bölməsinə (https://barassociation.az/candidate-login) daxil olaraq açılan pəncərədən "Namizəd qeydiyyatı"na keçid etməlidirlər.

Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi arasında əldə edilmiş razılığa əsasən test imtahanının dəqiq tarixi və digər ətraflı məlumatlar yaxın günlərdə əlavə olaraq açıqlanacaq.

Həmçinin namizədlər onlayn qaydada hazırlanan videotəlimatla tanış olaraq müraciət və qeydiyyat prosesini rahatlıqla həyata keçirə bilərlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva