• 09.09.2026 » 10:16

DYP hərəkət iştirakçılarına müraciət etdi

DYP hərəkət iştirakçılarına müraciət etdi © sabirabadxeber.az
Şrift ölçüsü:

Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib.

"Sabirabadxəbər" xəbər verir ki,müraciətdə deyilir:

Zərdab–Ağcabədi avtomobil yolunda minik avtomobili ilə traktorun toqquşması nəticəsində 5 nəfərin həyatını itirməsi, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi yollarda təhlükəsizlik tələblərinə ciddi əməl olunmasının həyati əhəmiyyətini bir daha önə çıxarır.

"Baş Dövlət Yol Polisi İdarəsi kənd təsərrüfatı texnikalarını, o cümlədən traktor və qoşqulu nəqliyyat vasitələrini idarə edən şəxslərin diqqətinə çatdırır ki, yol hərəkəti qaydalarına ciddi riayət edilməli, texnikanın sazlığı mütəmadi yoxlanılmalı, işıq cihazlarından və işıqəks etdirən tanınma vasitələrindən düzgün istifadə olunmalı, hərəkət zamanı bütün təhlükəsizlik tədbirləri təmin edilməlidir.

Eyni zamanda, digər nəqliyyat vasitələrinin sürücüləri sürəti yol və hərəkət şəraitinə uyğun seçməli, təhlükəsiz ara məsafəsi saxlamalı, qarşıdakı yol sahəsini daim nəzarətdə saxlamalı və riskli manevrlərdən çəkinməlidirlər. Unutmaq olmaz ki, bir anlıq diqqətsizlik və təhlükəsizlik tələblərinə etinasız münasibət ağır, geri dönüşü olmayan nəticələrə səbəb ola bilər. Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını qaydalara ciddi riayət etməyə, diqqətli və məsuliyyətli olmağa çağırır", - müraciətdə qeyd edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva