• 07.09.2026 » 10:50

Azərbaycanda xırdabuynuzlu heyvandarlığa subsidiya veriləcək

Azərbaycanda xırdabuynuzlu heyvandarlığa subsidiya veriləcək © sabirabadxeber.az
Şrift ölçüsü:

Aqrar Subsidiya Şurasının qərarı ilə Azərbaycanda örüş və otlaqlarda yem bazasının yaxşılaşdırılması məqsədilə xırdabuynuzlu heyvandarlığa subsidiya veriləcək.

"Sabirabadxəbər" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

İstifadəsində azı 100 ha örüş və ya otlaq sahəsi olan 500 baş və ya daha artıq xırdabuynuzlu heyvan olan təsərrüfatlarda qeydiyyatda olan heyvana görə 4 manat subsidiya veriləcək. Subsidiyanın verilməsində əsas şərt təsərrüfatlara istifadə üçün verilmiş örüş və otlaqlarda münbitliyin və biomüxtəlifliyin artırılmasıdır.

Bu subsidiyaya müraciət edən təsərrüfatların istifadələrinə verilmiş örüş və otlardakı vəziyyət Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) Torpaqdan istifadə altsistemi və süni intellekt həllərindən istifadə olunmaqla monitorinq ediləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva