• 04.09.2026 » 10:40

Azərbaycan millisinin baş məşqçisi vəzifəsindən ayrıldı

Azərbaycan millisinin baş məşqçisi vəzifəsindən ayrıldı © sabirabadxeber.az
Şrift ölçüsü:

Qadın basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Evren Alkaya ilə yollar ayrılıb.

Azərbaycan Basketbol Federasiyasından (ABF) "Sabirabadxəbər"ə bildirilib ki, tərəflər arasında əməkdaşlıq qarşılıqlı razılıq əsasında başa çatıb.

2022-ci ildən ABF-də fəaliyyət göstərən türkiyəli mütəxəssis bu müddətdə qadınlardan ibarət əsas milliyə, həmçinin U-16, U-18 və U-20 qız yığmalarına rəhbərlik edib. O, baş məşqçi kimi 70-dən çox rəsmi FIBA qarşılaşmasında komandaların başında yer alıb.

Onun rəhbərliyi altında U-16 qızlardan ibarət milli 2023-cü və 2024-cü illərdə Avropa çempionatının C divizionunda ardıcıl iki dəfə çempion olub, U-18 yığması isə 2024-cü ildə C divizionunda gümüş medal qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva