• 03.09.2026 » 14:10

Əhliman Əmiraslanov Sabirabadda yüksək bal toplamış tələbələrlə görüşüb - FOTOLAR

Əhliman Əmiraslanov Sabirabadda yüksək bal toplamış tələbələrlə görüşüb - FOTOLAR © sabirabadxeber.az
Şrift ölçüsü:

Sabirabad rayonunda 2025-2026-cı tədris ilində ali təhsil ocaqlarına qəbul imtahanlarında yüksək nəticə əldə edərək 500 və 600-dən yuxarı bal toplayan tələbələrlə görüş keçirilib.

"Sabirabadxəbər" xəbər verir ki, Sabirabad Rayon İcra Hakimiyyətinin inzibati binasında təşkil olunan tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısı Siraqəddin Cabbarov, Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komitəsinin sədri, 67 saylı Sabirabad seçki dairəsinin deputat Əhliman Əmiraslanov, rayonun müvafiq idarə və təşkilatlarının rəhbərləri, tələbə adını qazanmış gənclər və onların valideynləri iştirak etmişlər.

Görüşdə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyəti başçısı Siraqəddin Cabbarov yüksək bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmuş tələbələri, onların müəllim və valideynlərini səmimi qəlbdən təbrik edib, tələbələrə yenicə qədəm qoyduqları müstəqil həyatda daha böyük uğurlar və xoşbəxtlik arzulayıb. Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxışında bildirib ki, ölkəmizdə təhsilin inkişafına göstərilən böyük dövlət qayğısı, ölkə başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirir, bu sahədə əldə olunan uğurlar, qazanılan nailiyyətlər günbəgün artır. Hər il rayon üzrə 600-dən çox bal toplayaraq ali məktəblərə qəbul olan məzunların sayının artması dövlətimiz tərəfindən təhsilə göstərilən diqqətin bariz nümunəsidir.

Tədbir zamanı çıxış edən məzunlar, onların valideynləri və təhsil işçiləri gənclərlə görüşün təşkilinə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Məzunlar onlara bəslənən ümidləri əməli işləri ilə cavab verəcəklərini, elmin sirlərinə dərindən yiyələnərək vətənimiz üçün layiqli mütəxəssislər olacaqlarını bildiriblər. Sonda 2025-2026-cı tədris ilində qəbul imtahanlarında 500 və 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanan məzunlar qiymətli hədiyyələrlə mükafatlandırılıb, Fəxri Fərmanla təltif ediliblər.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva