• 31.08.2026 » 13:29

Ödənişli yolda “BMW X7” aşdı - Ölən və yaralananlar var

Ödənişli yolda “BMW X7” aşdı - Ölən və yaralananlar var © sabirabadxeber.az
Şrift ölçüsü:

Bakı-Quba-Rusiya Federasiyası sərhədi ödənişli yolunda ağır yol qəzası baş verib.

"Sabirabadxəbər" xəbər verir ki, hadisə gecə saatlarında magistralın Xaçmaz rayonundan keçən hissəsində qeydə alınıb.

“BMW X7” markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində dərəyə aşıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin 24 yaşlı Biləsuvar sakini Əsgərov Elton Elşən oğlu hadisə yerində dünyasını dəyişib.

Sürücü və maşında olan digər sərnişin isə ağır xəsarətlər alıb. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva