• 22.08.2026 » 14:32

Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır-

Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır- © sabirabadxeber.az
Şrift ölçüsü:

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, Xalq artisti Şükufə Yusupova ağır yol nəqliyyat hadisəsi keçirib.

“Sabirabadxəbər” xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

72 yaşlı aktrisanın vəziyyəti ağırdır. O, Musa Nağıyev adına xəstəxanaya yerləşdirilib.

Məlumatda onun əməliyyata ehtiyacı olduğu bildirilib. Həmçinin aidiyyəti qurumlara aktrisaya dəstək olmaqla bağlı çağırış edilib.

***

Kliniki Tibbi Mərkəzin (KTM) mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd saytımıza bildirib ki, dünən saat 18:44 radələrində 1954-cü il təvəllüdlü şəxs (qadın) KTM-in Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub: “Xəstəyə dərhal ilkin zəruri tibbi xidmətlər göstərilib və müayinələr aparılıb. Aparılan müayinələrin nəticələrinə əsasən, pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozları təyin edilib.

Hazırda xəstənin vəziyyəti ağır qiymətləndirilir, müalicəsi Reanimasiya şöbəsində davam etdirilir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva