• 22.08.2026 » 12:39

Sabah 40° isti olacaq

Sabah 40° isti olacaq © sabirabadxeber.az
Şrift ölçüsü:

Bakıda və Abşeron yarımadasında avqustun 23-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Sabirabadxəbər"ə verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-38°, bəzi yerlərdə 40°-dək isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28° isti olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva