• Bu gün, 16:24

Elman Paşayevin oğlu qətl və dələduzluqda ittiham olunur

Elman Paşayevin oğlu qətl və dələduzluqda ittiham olunur © sabirabadxeber.az
Şrift ölçüsü:

Aktyor Mixail Yefremovun keçmiş vəkili Elman Paşayevin oğlu Elvin Paşayev qətl və dələduzluqla bağlı cinayət işinin səkkiz təqsirləndirilən şəxsindən biri olub.

"Sabirabadxəbər" xəbər verir ki, bu barədə "RİA Novosti" məhkəmə materiallarında məlumat verib.

Ümumilikdə iş üzrə səkkiz nəfər təqsirləndirilir. Onlara qətl, xüsusilə külli miqdarda dələduzluq və xüsusilə külli miqdarda dələduzluğa cəhd ittihamları irəli sürülüb. Elvin Paşayev isə yalnız xüsusilə külli miqdarda dələduzluğa cəhd ittihamı ilə təqsirləndirilir. O, hazırda istintaq təcridxanasında saxlanılır.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, atasının təsis etdiyi “Elman Qrup” hüquq şirkətinin baş direktoru olan Elvin Paşayev mənzil sahibinin yoxa çıxmasından sonra həmin mənzilin satışına dair sövdələşməni müşayiət edib.

Qeyd olunur ki, qətllə bağlı epizod gəncə aid edilən hadisələrdən xeyli əvvəl baş vermiş bir kişinin itkin düşməsi ilə əlaqəlidir.

Xatırladaq ki, Elman Paşayev 2024-cü ilin sentyabrında Moskvada saxlanılıb. Rusiya İstintaq Komitəsi Paşayevə qarşı Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü bəndi ilə (xüsusilə külli miqdarda dələduzluq) cinayət işi açıldığını, onun 300 min dollar (təxminən 510 min AZN) və 18,5 milyon rubl (təxminən 435 min AZN) qarşılığında bloqer Aleksey Blinovski və həyat yoldaşını cinayət təqibindən azad edəcəyinə söz verdiyini bildirib. O, sentyabrın 18-i Moskvada istintaq təcridxanasına göndərilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva