• Bu gün, 14:25

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin 161 məzunu fərqlənmə attestatı alıb

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin 161 məzunu fərqlənmə attestatı alıb © sabirabadxeber.az
Şrift ölçüsü:
161 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib.
---
Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 73 məzunu tam orta təhsil səviyyəsi üzrə, 88 nəfəri isə ümumi orta təhsil səviyyəsi üzrə təhsilini fərqlənmə attestatı ilə başa vurub.
Qeyd edək ki, fərqlənmə attestatı oxuduğu müddətdə bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri 5 (beş) olan və buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 (yetmiş beş) bal toplayan məzunlara verilir.
Məzunlara tam orta təhsil və ümumi orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar qəbul edilir.
Onu da qeyd edək ki, 2025–2026-cı tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin məzunlarına təhsil haqqında dövlət sənədləri elektron formatda təqdim olunur. 2026-cı il məzunları attestatlarını artıq myGov platformasından əldə edə bilərlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva