• 02.02.2026 » 17:50

Rus diplomat Londondan qovuldu

Rus diplomat Londondan qovuldu © sabirabadxeber.az
Şrift ölçüsü:

Böyük Britaniya hökuməti Londondakı Rusiya səfirliyinin əməkdaşının diplomatik akkreditasiyasını ləğv edib. 

"Sabirabadxəbər.az" xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.

Bu qərar Rusiyanın 15 yanvarda elan etdiyi Britaniya diplomatının Moskvadan qovulmasına cavab olaraq qəbul edilib.

Həmçinin vurğulanıb ki, Rusiyanın bundan sonrakı addımları eskalasiya kimi qiymətləndiriləcək və müvafiq cavab alacaq. 

Moskva daha əvvəl Britaniya kəşfiyyat xidmətləri ilə əlaqəsi olduğu aşkarlanan Britaniya səfirliyinin əməkdaşının ölkədən çıxarıldığını elan etmişdi. Ona iki həftə ərzində ölkəni tərk etmək əmri verilib. Moskva Londonun hər hansı əks-tədbirinə qarşılıq verəcəyi barədə xəbərdarlıq edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva