• Bu gün, 11:21

Tacikistanda hicab və saqqal qadağan edildi

Tacikistanda hicab və saqqal qadağan edildi © sabirabadxeber.az
Şrift ölçüsü:

Tacikistan hakimiyyəti ölkədə hicab və ərəb libaslarının geyinilməsinə, eləcə də saqqal saxlanılmasına qanunvericilik səviyyəsində qadağa qoyub.

“Sabirabadxəbər” xəbər verir ki, bu barədə məlumatı yerli mənbələrə istinadən “Nuz.uz” portalı yayıb.

Bildirilib ki, bu cür geyim növləri və xarici görünüş atributları ölkənin milli ənənələrinə uyğun gəlmir və ölkəyə “tacik mədəniyyətinə yad” kimi şərh olunan geyimlərin idxalına qadağa qoyulmasına xüsusi diqqət yetiriləcək.

Məlumata görə, sözügedən tədbirlər dini radikalizm və ekstremizmlə mübarizəyə yönəlib. Yerli hakimiyyət orqanlarının nümayəndələri isə əhali arasında məsələ ilə bağlı məlumatlandırma işləri aparır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva