• Dünən, 10:07

Nazirlik həftəsonu su hövzələrinə üz tutanlara müraciət etdi

Nazirlik həftəsonu su hövzələrinə üz tutanlara müraciət etdi © sabirabadxeber.az
Şrift ölçüsü:

Fövqəladə Hallar Nazirliyi (FHN) istirahət və sərinləmək məqsədilə su hövzələrinə üz tutan vətəndaşlara müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyini xatırladıb.

"Sabirabadxəbər" xəbər verir ki, FHN-in müraciətində bəzi vətəndaşlar tərəfindən müvafiq təhlükəsizlik qaydalarına əməl olunmamasının acı nəticələndiyi təəssüflə bildirilib.

"Yadda saxlamaq lazımdır ki, çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə, o cümlədən kanal, çay, arx və digər su hövzələrində çimmək, habelə çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq qadağandır. Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir. Qızmar günəş altında fasiləsiz dayanmaq və hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir", - müraciətdə qeyd olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva