• Bu gün, 11:11

Biləsuvarda səyyar qəbullarda qaldırılan məsələlər operativ şəkildə həll olunur

Biləsuvarda səyyar qəbullarda qaldırılan məsələlər operativ şəkildə həll olunur © sabirabadxeber.az
Şrift ölçüsü:
Səyyar qəbullarda qaldırılan məsələlərin icrası davam edir.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun kəndlərdə keçirdiyi səyyar görüşlər zamanı vətəndaşların irəli sürdüyü müraciətlər qısa müddətdə həll olunur.
Belə ki, Amankənd kəndində keçirilən səyyar qəbul zamanı sakinlər tərəfindən küçə yollarının qum-çınqıl qarışığı ilə üzlənməsi barədə qaldırdıqları məsələnin icrası ilə bağlı Amankənd bələdiyyəsi tərəfindən ümumi uzunluğu 2 km olan şəhid Ziyarət Hüseynov və digər 3 küçəyə qum-çınqıl qarışığı tökülərək qreyderlənmişdir.
Günəşli kəndində keçirilən səyyar qəbul zamanı sakinlər tərəfindən qaldırılan uzunluğu 450 metr olan kənddaxili şor kollektorunun lildən təmizlənməsi məsələsi Mərkəzi Muğan Kollektorlar İdarəsinin köməkliyi ilə icra olunmuşdur.
Təzəkənd kəndində keçirilən səyyar qəbul zamanı sakinlər tərəfindən həyətyanı sahələri suvarma suyu ilə təmin edən kanalın qazilması məsələsi Biləsuvar Su Meliorasiya Sistemləri İstismar İdarəsi tərəfindən həll edilmişdir.
Bəydili kəndində keçirilən səyyar qəbul zamanı sakinlər tərəfindən küçə su arxlarının qazılması və yeni salınmış Heydər Əliyev Parkında alaq otlarının biçilməsi işləri kənd icra nümayəndəliyi və Bəydili Bələdiyyəsi tərəfindən icra edilmişdir.
Səmədabad kəndində keçirilən səyyar qəbul zamanı sakinlər tərəfindən kəndin işıqlanmayan küçələrində işıqlanma işlərinin aparılması məsələsi Səmədabad icra nümayəndəliyi və Nərimankənd bələdiyyəsi tərəfindən həll edilmişdir.
Vətəndaşlarımızın rifahının yüksəldilməsi istiqamətində kəndlərdə görülən abadlıq və təsərrüfat işləri mütəmadi olaraq diqqətdə saxlanılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva