• Bu gün, 18:36

Beyləqanda şəhid anasının vəfatı ilə əlaqədar ailəsinə baş çəkilib

Beyləqanda şəhid anasının vəfatı ilə əlaqədar ailəsinə baş çəkilib © sabirabadxeber.az
Şrift ölçüsü:
Beyləqanda şəhid anasının vəfatı ilə əlaqədar ailəsinə baş çəkilib
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və rayon icra hakimiyyətinin məsul əməkdaşları Vətən müharibəsi şəhidi Abdullayev Vüsal Şakir oğlunun anası-Əmirova Tamilə Mürsəl qızının vəfatı ilə əlaqədar şəhid ailəsini ziyarət ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı verərək, onlara səbir diləyib. Bildirib ki, şəhid ailələrinin yanında olmaq, onların qayğı və problemləri ilə yaxından maraqlanmaq dövlətin və cəmiyyətin hər bir nümayəndəsinin mənəvi borcudur. Qeyd olunub ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq şəhid ailələrinə göstərilən diqqət və qayğı bundan sonra da davam etdiriləcək.
Görüş zamanı ailənin qayğıları ilə maraqlanılıb, onların müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyi bildirilib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqətə, mənəvi dəstəyə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva