Şrift ölçüsü:
Çap et
📢 Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib.
🗓️ Müsahibələr 29 iyun–8 iyul tarixlərində keçirilmiş ərizə qəbulu mərhələsində iştirak edən namizədlər üçün təşkil olunur. İlkin mərhələdə müsahibələr şagird sayı 500-dək olan ümumi təhsil müəssisələri üzrə müvafiq şəhər və regional təhsil idarələri tərəfindən həyata keçirilir.
📋 Namizədlərin müsahibə mərhələsinə dəvəti müsabiqə qaydalarına uyğun olaraq ardıcıllıq əsasında, vakant vəzifəyə uyğun namizəd müəyyən edilənədək aparılır.
🎯 Müsahibə zamanı namizədlərin liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları komissiya üzvləri tərəfindən qiymətləndirilir.
📩 Müsahibə mərhələsinə dəvətlə bağlı məlumatlar namizədlərin şəxsi kabinetlərinə mərhələli şəkildə göndərilir. Namizədlərə şəxsi kabinetlərini mütəmadi olaraq izləmələri tövsiyə olunur.
Kopyalandı



