• 21.07.2026 » 14:56

Kəlbəcərdə mina partlayışı - Çoban xəsarət aldı

Kəlbəcərdə mina partlayışı - Çoban xəsarət aldı © sabirabadxeber.az
Şrift ölçüsü:

İyulun 21-də Kəlbəcər rayonunda sursat partlayışı baş verib.

“Sabirabadxəbər” xəbər verir ki, bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb.

Bildirilib ki, partlayış işğaldan azad edilmiş Kəlbəcər rayonunun Zəylik kəndi ərazisində baş verib.

1987-ci il təvəllüdlü Qazax rayon sakini Sərxan Ələsgər oğlu İsgəndərov minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən sursat partlayışı nəticəsində xəsarət alıb. Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluq, DİN və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!”, - məlumatda qeyd olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva