Şrift ölçüsü:
Çap et
SABİRABADIN MARAFON FUTBOL KLUBU YENİ SPONSORUNU AÇIQLADI!
TOURGOOD TRAVEL MARAFON İK İLƏ ƏMƏKDAŞLIĞA BAŞLADI
Azərbaycan II Liqasında çıxış edəcək Marafon İK sosial şəbəkə vasitəsilə yeni sponsorunu ictimaiyyətə təqdim edib. Klubun yeni tərəfdaşı Tourgood Travel şirkəti olub.
Məlumata görə, tərəflər arasında əldə olunan razılaşma yalnız sponsorluq dəstəyi ilə məhdudlaşmır. Əməkdaşlıq çərçivəsində klubun inkişaf strategiyasının həyata keçirilməsi istiqamətində də birgə fəaliyyət nəzərdə tutulur.
Bildirilib ki, Tourgood Travel şirkətinin rəhbəri Turqut Hüseynov bundan sonra Marafon İK-nın rəhbər heyətində də təmsil olunacaq. Onun klubun idarəetmə prosesində və gələcək inkişaf strategiyasının formalaşdırılmasında iştirak edəcəyi qeyd olunur.
Gözləntilərə görə, bu əməkdaşlıq Marafon İK-nın maliyyə və təşkilati imkanlarının genişlənməsinə, eyni zamanda klubun qarşıya qoyduğu hədəflərə çatmasına mühüm töhfə verə bilər.
Marafon İK yeni mövsümə hazırlığını davam etdirir və yaxın günlərdə klubla bağlı digər yeniliklərin də açıqlanacağı gözlənilir.
Kopyalandı




