• 09.07.2026 » 09:00

Qarabağ" Avropa Liqasında mübarizəyə başlayır

Qarabağ" Avropa Liqasında mübarizəyə başlayır © sabirabadxeber.az
Şrift ölçüsü:

Qarabağ" UEFA Avropa Liqasının 2026/2027 mövsümündə bu gün ilk oyununu keçirəcək.

"Sabirabadxəbər" xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Bakıda İslandiyanın "Vestri" komandasını qəbul edəcək.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək.

Matçın baş hakimi moldovalı FIFA referisi Roman Jitari olacaq.

Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 17-də baş tutacaq. Cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) – RFS (Latviya) duelinin güclüsü ilə qarşılaşacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva