• 08.07.2026 » 11:00

Yevlaxda taekvondo idman növü üzrə rayon birinciliyi keçirilib

Yevlaxda taekvondo idman növü üzrə rayon birinciliyi keçirilib © sabirabadxeber.az
Şrift ölçüsü:
Yevlaxda taekvondo idman növü üzrə rayon birinciliyi keçirilib
Yevlax Olimpiya İdman Kompleksində Yevlax Şəhər İcra Hakimiyyətinin, Yevlax rayonu üzrə gənclər və idman sektorunun və Yevlax Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə Taekvondo idman növü üzrə Yevlax rayon birinciliyi keçirilmişdir. Yarışda Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Azad Əliyev, Yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Azad Əliyev bildirdi ki, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan idmanın sahəsinin inkişafı siyasəti Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük nailiyyətlərin qazanılacağına güclü fikir formalaşdırır. Azərbaycanın idman ölkəsi kimi tanınmasında təkcə Bakıda deyil, regionlarda da müasir idman infrastrukturunun qurulması mühüm rol oynayır. Yevlaxda istifadəyə verilən Olimpiya İdman Kompleksi də bu siyasətin davamı kimi dəyərləndirilir.
Azad Əliyev qeyd etdi ki, yarışın keçirilməsində əsas məqsəd taekvondo idman növünü təbliğ və inkişaf etdirmək, idmançıların təlim-məşq prosesini təkmilləşdirmək, onların idman ustalığını yüksəltmək, güclü və perspektivli idmançıları üzə çıxarmaqdır.
Yevlax rayonu üzrə gənclər və idman sektorunun müdiri Samir Kərimov və Yevlax Olimpiya İdman Kompleksinin direktoru Nicat Haqverdiyev çıxış edərək ölkəmizdə idmançılara göstərilən dövlət qayğısından, idmançılarımızın avropa, dünya və olimpiya oyunlarında qazandıqları nailiyyətlərdən söz açıblar.
Rayon turnirində 10 çəki dərəcəsində 130 idmançı mübarizə aparmışdır. Qaliblər Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin təsis etdiyi diplom və medallarla mükafatlandırılmışdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva