• 07.07.2026 » 18:01

20 manatlıq rüsum ləğv edilir

20 manatlıq rüsum ləğv edilir © sabirabadxeber.az
Şrift ölçüsü:

Qaz qurğularının xəritələrindən (sxemlərindən) istifadəyə görə ödənilən rüsum ləğv edilir.

"Sabirabadxəbər" xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qaz təchizatı haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, qaz qurğularının xəritələrindən (sxemlərindən) istifadəyə görə ödənilən 20 manatlıq rüsum ləğv edilir.

Qeyd edilib ki, yeni “Qaz təchizatı haqqında” qanunda ləğv edilmiş 30 iyun 1998-ci il tarixli qanundan fərqli olaraq qaz qurğularının xəritələrinin dövlət rüsumu ödəməklə sifarişçilərə verilməsi müddəası nəzərdə tutulmadığından “Dövlət rüsumu haqqında” qanunda müvafiq dəyişiklik edilir.

Eyni zamanda “Energetika haqqında” Azərbaycan Respublikasının qanununda terminoloji xarakterli uyğunlaşdırma həyata keçirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva