• 07.07.2026 » 12:21

Daha bir yeniyetmə dənizdə batdı

Daha bir yeniyetmə dənizdə batdı © sabirabadxeber.az
Şrift ölçüsü:

Dünən axşam FHN-in “112” qaynar telefon xəttinə Xəzər rayon Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.

“Sabirabadxəbər” nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunaraq axtarışlara başlanılıb.

Hazırda vətəndaş - 2010-cu il təvəllüdlü Hümbətov Vüsal Arif oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar davam etdirilir.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, dünən Mərdəkanda gənc bacı-qardaş da dənizdə boğularaq ölüb. Onlardan birinin meyiti sudan çıxarılsa da, digərinin axtarışı davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva