Şrift ölçüsü:
Çap et
Sabirabad Peşə Liseyində 30 İyun – Məzun Günü münasibətilə təntənəli tədbir keçirilmişdir.
Tədbirdə liseyin direktoru Elçin Səmədov, təlim-tərbiyə işləri üzrə direktor müavini Qədirov Məmmədzadə, Tədris hissə müdiri Atakişiyeva Cəmilə və “Dayə” ixtisası üzrə təhsil alan tələbə Cəfərova Zümrüd çıxış edərək məzunları əlamətdar gün münasibətilə təbrik etmiş, onlara gələcək təhsil və peşə fəaliyyətlərində uğurlar arzulamışlar.
Tədbir çərçivəsində tədris və ictimai fəaliyyətlərdə fərqlənən tələbələr fəxri fərmanlarla və tədris ili müddətində öz fəaliyyətləri ilə fərqlənən işçilər təşəkkürnamə ilə təltif olunmuş, “Dərzi” ixtisası üzrə tələbələrin hazırladıqları geyimlərdən ibarət sərgi böyük maraqla qarşılanmışdır. Eyni zamanda tələbələrin təqdimatında rəqs kompozisiyaları nümayiş etdirilmiş, tədbir bayram ab-havasında davam etmişdir.
Məzun Günü tədbiri tələbələrin peşə təhsili dövründə qazandıqları bilik və bacarıqların, onların yaradıcılıq potensialının nümayiş etdirilməsi və əldə etdikləri nailiyyətlərin qiymətləndirilməsi baxımından yaddaqalan olmuşdur.
Məzunlarımızı səmimi qəlbdən təbrik edir, onlara gələcək həyat və peşə fəaliyyətlərində yeni uğurlar arzulayırıq!
Kopyalandı











