• Bu gün, 09:00

Azərbaycanın namizədi BMT Komitəsinə üzv seçildi

Azərbaycanın namizədi BMT Komitəsinə üzv seçildi © sabirabadxeber.az
Şrift ölçüsü:

23 iyun tarixində Nyu-York şəhərində Uşaq Hüquqları haqqında Konvensiyaya tərəf dövlətlərin 21-ci iclası çərçivəsində Azərbaycan Respublikasının namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinin (CRC) 2027-2031-ci illər üzrə üzvlüyünə seçilib.

"Sabirabadxəbər" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ciddi beynəlxalq rəqabət şəraitində baş tutmuş seçkilərdə Azərbaycanla birgə 16 ölkədən olan namizədlər Komitədə mövcud 9 vakant yer uğrunda mübarizə aparıb. Azərbaycan Respublikası tərəfindən namizədliyi irəli sürülmüş Esseks Universiteninin doktorantı Fərid Ədilov səsvermənin ilk mərhələsində iştirakçı dövlətlərin əksəriyyətinin etimadını qazanaraq, 130 səslə Komitəyə üzv seçilib.

Beləliklə, Azərbaycan Respublikasının vətəndaşı ilk dəfə olaraq sözügedən komitədə təmsil olunacaq.

BMT-nin Uşaq Hüquqları Komitəsi 1989-cu il Uşaq Hüquqları haqqında Konvensiyanın icrasına nəzarət edən nüfuzlu müqavilə qurumudur. Komitə qlobal miqyasda seçilən 18 müstəqil ekspertdən ibarət olmaqla, Konvensiyaya tərəf dövlətlərin öhdəliklərinin yerinə yetirilməsini nəzərdən keçirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva