• 16.06.2026 » 11:16

Rezidentura imtahanında iştirak edəcək şəxslərin NƏZƏRİNƏ!

Rezidentura imtahanında iştirak edəcək şəxslərin NƏZƏRİNƏ! © sabirabadxeber.az
Şrift ölçüsü:

Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) ikinci cəhdi iyunun 21-də Bakı və Naxçıvan şəhərlərində təşkil olunacaq.

Bu barədə "Sabirabadxəbər" ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. İmtahana buraxılış vərəqəsini buradan çap etmək olar.

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

İmtahan binasına namizədin rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və namizədin buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd edilən vaxtda gəlmək tövsiyə olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva