• 09.06.2026 » 17:46

Siraqəddin Cabbarovun növbəti səyyar görüş-qəbulu Çöl Beşdəli kəndində keçirilib

Siraqəddin Cabbarovun növbəti səyyar görüş-qəbulu Çöl Beşdəli kəndində keçirilib © sabirabadxeber.az
Şrift ölçüsü:

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun növbəti səyyar görüş-qəbulu Çöl Beşdəli kəndində keçirilmişdir


"Sabirabadxəbər" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Sabirabad rayonunda sakinləri narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılması məqsədi ilə mütəmadi vətəndaşlarla səyyar görüş-qəbullar keçirilir.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun növbəti səyyar görüş-qəbulu Çöl Beşdəli kənd tam orta ümumtəhsil məktəbində Çöl Beşdəli kənd inzibati ərazi dairəsinə daxil olan Çöl Beşdəli və Zalqaraağac kənd sakinləri ilə keçirilib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri də iştirak etmişlər.

RİH başçısı Siraqəddin Cabbarov ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Sabirabad rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir.

Səyyar görüş-qəbulda çıxış edən Fərid Abdullazadə, Azər Əmənov və başqaları kəndlərinin mövcud problemlərindən danışmışlar. 

Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon İcra Hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva