Şrift ölçüsü:
Çap et
Prezident İlham Əliyev Azərbaycan minifutbol millisini Avropa çempionu olması münasibətilə təbrik edib.
“Sabirabadxəbər” xəbər verir ki, dövlət başçısının sosial şəbəkə hesablarındakı paylaşımda deyilir:
“2022-ci ildə Avropa çempionu, 2025-ci ildə dünya çempionu olmuş Azərbaycan minifutbol millisi ölkəmizin idman tarixinə daha bir parlaq səhifə yazaraq növbəti dəfə Avropa çempionu oldu. Bu qələbənin komanda idman növündə qazanılması ikiqat sevindiricidir.
Komandamızı bu möhtəşəm qələbə münasibətilə səmimi-qəlbdən təbrik edir, millimizə yeni-yeni uğurlar arzulayıram.
Yaşasın Azərbaycan!”
Kopyalandı




