• 04.06.2026 » 17:01

Mehriban Abasquliyeva məhkəmə zalında - Həbs edildi

Mehriban Abasquliyeva məhkəmə zalında - Həbs edildi © sabirabadxeber.az
Şrift ölçüsü:

Respublika Perinatal Mərkəzində 7 körpənin ölümünə səbəb olan yanğınla bağlı məhkəmə araşdırması başa çatıb.

“Sabirabadxəbər” xəbər verir ki, bu dəqiqələrdə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.

Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi məhkəmə kollegiyası yekunda nəticəyə gəlib ki, təqsirləndirilən şəxslərə verilmiş ittihamlar əsaslıdır, çoxsaylı dəlil-sübutlar, həmçinin şahid ifadələri ilə təsdiqini tapıb.

Hökmə əsasən, Perinatal Mərkəzin rəhbəri olmuş Mehriban Abasquliyeva 7 il 3 ay müddətinə azadlıqdan məhrum olunub. Bu günə kimi azadlıqda olan Abasquliyeva elə məhkəmə zalında həbs edilib.

***

Hamlet Mustafayev 5 il 8 ay, Elnur Əhmədli isə 5 il 2 ay müddətinə azadlıqdan məhrum ediliblər. Onlar da məhkəmə salonunda qandallanıblar.​

Xatırladaq ki, Respublika Perinatal Mərkəzindəki yanğın 2024-cü ilin yanvarında baş verib. Hadisə ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində ibtidai istintaq aparılıb. Toplanmış sübutlar əsasında Mərkəzin direktoru M.Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli cinayət məsuliyyətinə cəlb edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə yekun ittiham verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva