• 02.06.2026 » 17:00

Sabirabadlı uşaqlar üçün unudulmaz 1 İyun bayramı

Sabirabadlı uşaqlar üçün unudulmaz 1 İyun bayramı © sabirabadxeber.az
Şrift ölçüsü:

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Sabirabad rayonunda uşaqlar üçün əyləncəli və maarifləndirici tədbir təşkil olunub.

Mil-Muğan Regional Mədəniyyət İdarəsi, Mil-Muğan Regional Gənclər və İdman İdarəsi və Sabirabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayonun müxtəlif yaş qruplarından olan uşaqlar iştirak ediblər.

Tədbir çərçivəsində uşaqlar üçün maraqlı əyləncə proqramları, musiqili çıxışlar, müxtəlif oyunlar və interaktiv fəaliyyətlər təşkil olunub. Balacalar xoş və yaddaqalan anlar yaşayaraq bayram sevincini bölüşüblər.

Tədbirin keçirilməsində əsas məqsəd uşaqların asudə vaxtının səmərəli təşkili, onların sosial fəallığının artırılması, hüquq və mənafelərinin qorunmasına diqqətin cəlb olunması, eləcə də bayram əhval-ruhiyyəsinin yaradılması olub.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edir, onlara sağlam, xoşbəxt və uğurlu gələcək arzulayırıq!


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva