• 01.06.2026 » 12:21

Bu ay ardıcıl 3 gün evdə olacağıq - 2 dəfə

Bu ay ardıcıl 3 gün evdə olacağıq - 2 dəfə © sabirabadxeber.az
Şrift ölçüsü:

Bu ay üçün qeyri-iş günlərinin sayı müəyyənləşib. Belə ki, iyunda 2 dəfə ardıcıl 3 qeyri-iş günü olacaq.

“Sabirabadxəbər” 2026-cı ilin iş vaxtı norması və istehsalat təqviminə əsasən xəbər verir ki, ölkədə 15 iyun - Milli Qurtuluş Günü, 26 iyun isə Azərbaycan Silahlı Qüvvələr Günüdür.

15 iyun bazar ertəsinə təsadüf etdiyi üçün həftəsonları (13-14 iyun) daxil ardıcıl 3 gün iş olmayacaq. 26 iyun isə cümə gününə düşdüyündən həftəsonları (27-28 iyun) da daxil ardıcıl 3 qeyri-iş günü olacaq.

Beləliklə, həftəsonları ilə birlikdə iyun ayı ərzində 5 günlük iş qrafikində çalışanlar üçün ümumilikdə 10 istirahət günü olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva