• Bu gün, 11:31

Kəmaləddin Heydərov vətəndaş qəbulu keçirəcək

Kəmaləddin Heydərov vətəndaş qəbulu keçirəcək © sabirabadxeber.az
Şrift ölçüsü:

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Xırdalan şəhərində vətəndaş qəbulu keçirəcək.

“Sabirabadxəbər” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumata görə, qəbul iyunun 2-də Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında təşkil ediləcək.

Vurğulanıb ki, saat 10:00-dan etibarən Abşeron və Zəngilan rayonları sakinləri qəbul ediləcəklər. Qəbula gələn vətəndaşların qeydiyyatı 1 iyun 2026-cı il tarixində Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09:00-da başlayacaq.

Qeyd olunub ki, qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva