• 26.05.2026 » 09:17

Zərdabda dəm qazı faciəsi - Nənə öldü, nəvənin vəziyyəti ağırdır

Zərdabda dəm qazı faciəsi - Nənə öldü, nəvənin vəziyyəti ağırdır © sabirabadxeber.az
Şrift ölçüsü:

Zərdabda nənə və nəvə dəm qazından zəhərlənib.

“Sabirabadxəbər” xəbər verir ki, hadisə rayonun Şahhüseynli kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakini, 1932-ci il təvəllüdlü Güldəstə Ağalarova və nəvəsi, 1987-ci il təvəllüdlü Ramin Ağalarov yaşadıqları ünvanda dəm qazından zəhərləniblər. Nəticədə 94 yaşlı G. Ağalarova hadisə yerində dünyasını dəyişib, nəvəsi R. Ağalarov xəstəxanaya çatdırılıb.

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 25.05.2026-cı il tarixində saat 10:30 radələrində zəhərlənmə şübhəsilə 1987-ci il təvəllüdlü 1 nəfər (kişi) Zərdab Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

“Dəm qazının toksiki təsirindən zəhərlənmə diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib və hazırda müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir”.

Faktla bağlı araşdırma aparılır

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva