• 26.05.2026 » 08:30

Siraqəddin Cabbarovun növbəti səyyar görüş-qəbulu Qaralar kəndində keçirildi

Siraqəddin Cabbarovun növbəti səyyar görüş-qəbulu Qaralar kəndində keçirildi © sabirabadxeber.az
Şrift ölçüsü:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Sabirabad rayonunda vətəndaşları narahat edən məsələlərin yerində araşdırılması və mövcud problemlərin həlli istiqamətində mütəmadi olaraq səyyar görüş-qəbullar davam etdirilir.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun növbəti səyyar görüş-qəbulu Qaralar kənd Folklor evində Qaralar kənd inzibati ərazi dairəsinə daxil olan Qaralar, Məmişlər, Əsədli və Qəfərli kənd sakinləri ilə keçirilib.

Görüşdə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.

RİH başçısı Siraqəddin Cabbarov ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunan uğurlardan, Sabirabad rayonunda həyata keçirilən tikinti-quruculuq və abadlıq işlərindən, eləcə də əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlərdən geniş bəhs edib.

Səyyar görüş-qəbul zamanı çıxış edən kənd sakinləri – İmanverdi Mahmudov, Bəsti Tarverdiyeva, Əliheydər Nuriyev və digərləri yaşadıqları ərazilərdə mövcud olan problemləri diqqətə çatdırıblar.

Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərlə bağlı isə aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər verilib.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva