• 20.05.2026 » 10:51

Şəmkirdə 2 nəfərin üstünə divar uçdu - Biri öldü-Foto

Şəmkirdə 2 nəfərin üstünə divar uçdu - Biri öldü-Foto © sabirabadxeber.az
Şrift ölçüsü:

Şəmkirdə bədbəxt hadisə baş verib.

“Sabirabadxəbər" xəbər verir ki, hadisə rayonun Yeni Yol kəndində qeydə alınıb.

Belə ki, vətəndaş ona məxsus evin həyətində quyu tikən zaman divar uçub. Nəticədə 2 nəfər uçmuş mişar daşlarının altında qalıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb edilib.

Məlum olub ki, hadisə nəticəsində 1 nəfər ölüb, digəri yaralanıb. Ölən şəxsin 44 yaşlı Göygöl sakini İlqar Quliyev olduğu müəyyənləşib. Xəsarət alan isə 53 yaşlı Şəmkir rayon Yeni Yol kənd sakini Ələddin Bayramovdur.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva