• 17.05.2026 » 15:02

Ağdaş rayonunda şəhid ailələri, qazilər və əhali üçün tibbi müayinə aksiyası keçirilib.

Ağdaş rayonunda şəhid ailələri, qazilər və əhali üçün tibbi müayinə aksiyası keçirilib. © sabirabadxeber.az
Şrift ölçüsü:

Ağdaş rayonunda şəhid ailələri, qazilər və əhali üçün tibbi müayinə aksiyası keçirilib.


"Sabirabadxəbər" xəbər verir ki,16 may 2026-cı il tarixində Ağdaş Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyasının təşəbbüsü, Ağdaş Rayon Mərkəzi Xəstəxanası və akademik C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun birgə təşkilatçılığı ilə “Hədəf 130/80” layihəsi çərçivəsində rayon Mərkəzi Xəstəxanasında tibbi müayinə aksiyası təşkil olunub.
Əvvəlcə Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Aynur Novruzova, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov və Ağdaş Rayon Mərkəzi Xəstəxanasının direktoru İntiqam İbrahimov Ümummilli Lider Heydər Əliyevin abidəsini və “Şəhidlər” kompleksini ziyarət ediblər.
Daha sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotostendlərə baxış keçirilib.
Tədbirdə bildirilib ki, təşəbbüsün əsas məqsədi Vətən uğrunda sağlamlıqlarını itirmiş qəhrəmanlara, eləcə də şəhid ailələrinə peşəkar tibbi xidmət göstərməkdir.
Aksiya çərçivəsində ümumilikdə 217 nəfər — şəhid ailələrinin üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları və digər vətəndaşlar ixtisaslı həkimlər — kardioloq, endokrinoloq və nevropatoloqlar tərəfindən müayinə olunublar. Müayinədən keçən vətəndaşlardan 128 nəfər laborator və instrumental müayinələrə (EXO, USM, EKQ) cəlb olunub.
Qeyd edək ki, aksiyada iştirak edən vətəndaşlar Elmi-Tədqiqat Kardiologiya İnstitutunun arterial hipertenziya şöbəsinin müdiri, Kardiologiya kafedrasının rəhbəri, professor Tofiq Cahangirov və institutun aparıcı həkim-mütəxəssisləri tərəfindən müayinə ediliblər.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva