• 17.05.2026 » 14:13

Biləsuvarda 15 may Beynəlxalq Ailə Günü qeyd olunub.

Biləsuvarda 15 may Beynəlxalq Ailə Günü qeyd olunub. © sabirabadxeber.az
Şrift ölçüsü:
Biləsuvarda 15 may Beynəlxalq Ailə Günü qeyd olunub.
15 may 2026-cı il tarixində Biləsuvar Rayon İcra Hakimiyyətinin, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun, Biləsuvar rayonu üzrə təhsil sektorunun, Biləsuvar Gənclər Evinin və Uşaq Səfirlər Məclisinin Biləsuvar Rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Biləsuvar şəhər Mərkəzi Parkında 15 may Beynəlxalq Ailə Günü keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, idarə və təşkilatlarının rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, ailələr və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Bayram tədbirində çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bildirib ki, Beynəlxalq Ailə Günü BMT-nin Baş Assambleyasının qətnaməsinə müvafiq olaraq 1994-cü ildən qeyd olunur. Azərbaycan 2008-ci ildən bu ənənəyə qoşulub. Respublikamızda ailə bayramının qeyd olunması dövlət siyasətinin əyani təcəssümüdür. Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
İcra başçısı bildirib ki, dövlət ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü surətdə həyata keçirilir. Ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-Prezident Mehriban xanım Əliyeva milli mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər. Bu gün ölkəmizdə ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Dövlət ailə siyasəti Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarda, bir sıra dövlət proqramlarında özünün uğurlu inkişafını tapmışdır. Ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlar ailə institutunun inkişafında da öz təsdiqini tapmaqdadır.
Tədbirdə rayonun mədəniyyət kollektivləri və Mübariz liseyinin hazırladıqları musiqi və rəqslərdən ibarət bədii hissə nümayiş olundu, Biləsuvar rayonu üzrə gənclər və idman sektoru tərəfindən ailələr arasında müxtəlif əyləncəli və maraqlı yarışlar keçirildi.
Tədbirin sonunda qalib ailələr mükafatlandırıldı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva